Bakıda ümumşəhər daxili iməciliyi keçiriləcək. Bu haqda 1 aprel tarixində Report məlumat verib.
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda aprelin 2-də ümumşəhər daxili iməcilik baş tutacaq.
Daxili iməcilik zamanı prospekt və küçələr, səki kənarları, bordür və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, köşklər və dayanacaqlar, ağaclar və yaşıllıq zolaqları, binaların fasadları yuyulacaq, ağaclar budanacaq, həyət və məhəllələrdə təmizlik-abadlıq işləri görüləcəkdir.