Bakıda sağlamlıq imkanları məhdud insanlar üçün layihə həyata keçiriləcək. Bu haqda BakuPlus.az Azərtac-a istinadən bu gün, 20 aprel tarixində xəbər verir.
Aprelin 28-də Bakı Rus Evində “Karlara Dəstək” İctimai Birliyinin sağlamlıq imkanları məhdud şəxslərin dəstəklənməsi istiqamətində keçiriləcək layihəsinin təqdimatı olacaq.
Bu layihədə ölkəmizdə yaşayan sağlamlıq imkanları məhdud (kar və lal) insanlara əlavə ünsiyyət formalarını təqdim edən elektron platformanın yaradılması nəzərdə tutulur.