Bakıda keçiriləcək məşhur “Zhara” festivalı adını dəyişib. Bu haqda bu gün, 6 aprel tarixində Bakuplus.az layihəyə istinadən xəbər verir.
Tədbir bundan sonra “Sea Breeze Summer Fest” adlanacaq. “Zhara” festivalına alınan bütün biletlər yeni tədbir üçün yararlı olacaq.
Konsertlər 25-29 iyul tarixlərində “Sea Breeze Resort Baku”-da təşkil olunacaq. Tədbirdə HammAli&Navai, Jony, Artik&Asti, Emin, eləcə də Kenan Doğulu, Minelli, Morandi, Outlandish, Inna, Niletto və digər ifaçılar çıxış edəcəklər.