Bakıda keçirilən “Cəmiyyətdə ədəb qaydaları” adlı esse müsabiqəsi yekunlaşıb. Bu haqda BakuPlus.az Azərtac-a istinadən bu gün, 28 aprel tarixində xəbər verir.
Nərimanov Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Məktəblilər üçün ictimai yerlərdə davranış qaydaları” adlı sosial layihə çərçivəsində keçirilən müsabiqə rayon məktəblilərinin fikirlərini, düşüncələrini öyrənmək məqsədilə təşkil olunub.
Rayon məktəbliləri arasında keçirilən müsabiqə ilə bağlı idarəyə 41 esse daxil olub.
Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin şagirdi Şahnaz Hanbala birinci yerin sahibi olub.
Sonda qaliblər müvafiq dərəcəli diplom, Fəxri fərman və medallarla təltif olunublar.