Bakı şəhəri 3 nömrəli tam orta məktəbin kimya müəllimi Ziyafət Abbasov tədris etdiyi fənnə yaradıcı yanaşması və yenilikçiliyi sayəsində yeni ixtira edib. Bu haqda BakuPlus.az Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən bu gün, 28 mart tarixində xəbər verir.
Z.Abbasovun kimya fənni üzrə ortaya qoyduğu yeniliklər və müvafiq ixtiraları xarici ölkələrdə də marağa səbəb olub. O, kimyəvi birləşmələrdə rabitə saylarının qrafik formuladan istifadə edilmədən riyazi metodla istifadə qaydasını yaradıb.
İxtiraları ilə diqqət çəkən müəllim bu yaxınlarda Avropanın bir sıra ölkələrindən təkliflər alıb.
Z.Abbasov həm də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin keçirdiyi “Yaradıcı müəllim” müsabiqəsinin qalibidir.