Bakıda 31mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tamaşa təqdim olunacaq. Bu haqda BakuPlus.az bu gün, 31 mart tarixində xəbər verir.
2 aprel tarixində nümayiş olunacaq tamaşa saat 15:00-da başlayacaq.
Teatr klubunun gəncləri tərəfindən hazırlanmış "Məzarsız qurbanlar" adlı tamaşa Stepan Şaumyanın əlaltıları ilə birlikdə azərbaycanlılara qarşı qırğınlar törətməsindən, onun keçmiş azərbaycanlı tanışından, sonda isə ölülərin dirilərək yarımçıq qalmış arzularını dilə gətirməsindən bəhs edəcək.
Tamaşa Sabunçu Gənclər Evində göstəriləcək.