Paytaxt rayonlarında monitorinqlər aparılır. Bu haqda 27 aprel tarixində Qafqazinfo məlumat verib.
Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyi arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində paytaxt rayonlarında birgə monitorinqlər aparılır. Monitorinqlər küçə və prospektlərdə, park və məhəllələrdə keçirilir.
Reyd zamanı RİİB könüllüləri və icra hakimiyyətinin əməkdaşları tərəfindən müşahidələr aparılaraq yaşıllıq zolaqlarının salınması, küçələrin işıqlandırılması, asfalt örtüklərinin yenilənməsi, abadlıq işlərinin görülməsi, sakinlərin rahat və təhlükəsiz hərəkəti üçün səkilərin salınması və digər istiqamətlərdə təkliflər hazırlanır.
Hazırda birgə monitorinq qrupları Yasamal rayonu ərazisində reydlər keçirir.