Bakı şəhərinin şərq hissəsində mövcud şəbəkələrin dayanıqlı su təchizatını aparmaq və su şəbəkəsi olmayan ərazilərdə şəbəkələrin yaradılması üçün burada üçüncü magistral su kəmərinin çəkilməsi lazımdır. Bu baradə bu gün, 28 aprel tarixində Report “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllının sözlərinə əsasən bildirir.
Buna ehtiyacı o, Ceyranbatan istiqamətindən Zirə və Qala qəsəbələri istiqamətində sıx inkişaf ilə əlaqədar görür.
“Əhalini su ilə təmin etmək üçün üçüncü magistral su xəttinin çəkilməsi və su anbarlarının tikilməsi mütləqdir”, - deyə “Azərsu” ASC-nin nümayəndəsi Anar Cəbrayıllı bildirib.
“Bu ərazidə iki kəmər var. Bunlardan biri 1980-ci illərdə
Ceyranbatan-Maştağa istiqamətində çəkilib. Digəri 2013-cü ildə istismara verilib. Mütləq üçüncü magistal su kəməri çəkilməli və kəmərin üzərində bir neçə yerdə mərkəzi anbarlar tikilməlidir ki, insanların su təminatını aparaq", - qurumun rəsmisi əlavə edib.