Bilik və zəkasına güvənən gənclər üçün turnir keçiriləcək. Bu haqda 15 aprel tarixində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası məlumat verib.
16-29 yaş aralığında olan gənclər komanda şəklində qeydiyyatdan keçərək turnirdə iştirak edə bilərlər. Qeydiyyatdan keçmiş komandalar yaşadıqları rayonlarda keçiriləcək 4 seçim turunda iştirak edəcək və qalib olan komandalar zona finallarına vəsiqə qazanacaqlar.
Zona qalibləri isə 11-12 iyun tarixlərində Bakıda keçiriləcək final mərhələsində iştirak haqqı qazanacaqlar. Turnirdə hər komanda 6 oyunçudan ibarət olacaq və “Nə? Harada? Nə zaman?”, “Kviz”, “Breyn-Rinq”, “Erudit Kvartet” oyunları baş tutacaq.
İştirak etmək istəyən gənclər linkə daxil olub aprelin 28-nə kimi qeydiyyatdan keçə bilərlər.