1992-ci ildə “Azərbaycanfilm” kinostudiyasında çəkilmiş “Prima” filminin təqdimatı olacaq. Bu haqda BakuPlus.az bu gün, 21 aprel tarixində xəbər verir.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində baş tutacaq təqdimat aprelin 22-si saat 16:00-da keçiriləcək.
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Azərbaycan Dövlət Film Fondunun birgə təşkilatçılığı ilə bərpa olunmuş film “Sənətkar Taleləri” silsiləsindən Azərbaycan Respublikasının Xalq artisti, məşhur milli rəqqasə, baletmeyster və pedaqoq Əminə Dilbaziyə həsr olunmuşdur.