Bakıda “Puşkiniana-2022” layihəsi çərçivəsində Aleksandr Sergeyeviç Puşkinə həsr olunan imla müsabiqəsi keçirilib. Bu haqda BakuPlus.az Azərtac-a istinadən bu gün, 16 may tarixində xəbər verir.
Müsabiqə “Baku Modern” təhsil kompleksində Bakı və Sumqayıt şəhərlərinin orta ümumtəhsil müəssisələrinin 7-ci və 8-ci siniflərində oxuyan 47 şagirdin iştirakı ilə baş tutub.
Azərbaycanın Rusdilli Təhsil Müəssisələrinin Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina müsabiqə iştirakçılarını salamlayıb.
Qaliblərin təltifetmə mərasimi bu il iyun ayında, “Puşkiniana-2022” layihəsinin başa çatması mərasimində ayrıca nominasiya kimi keçiriləcək.