Dövlət Akademik Filarmoniyasında Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti olacaq. Bu haqda BakuPlus.az bu gün, 8 aprel tarixində xəbər verir.
Aprelin 23-də baş tutacaq tədbirdə Tofiq Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin şagirdləri də ifa edəcəklər.
Konsert proqramında Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının əsərləri səslənəcək.