UFC döyüşçüsü Rafael Fiziyev master klass təşkil edəcək. Bu haqda 14 aprel tarixində Bakuplus.az Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir.
“Ataman” ləqəbi ilə tanınan UFC döyüşçüsü Rafael Fiziyev Bakıya səfəri çərçivəsində 14 aprel saat 18:15-də RENZO QREYSİ Akademiyasında ustad dərsi keçirəcək.
Rafael Fiziyev hazırda "Tiger Muay Tai & MMA" idman klubunda çıxış edir. Döyüş sahəsində ilk debütünü 2015-ci il iyulun 8-də Sem Bastinə qarşı keçirib və qələbə qazanıb. Rafaelin aktivində ümümilikdə 8 qələbəsi var.