Bakının “Salaam Cinema” mədəniyyət məkanında 6 avqust, saat 18:00-da “Showtime” yaradıcılıq hərəkətinin “Kvartirnik” adlı konserti baş tutacaq. Bu haqda bu gün, 29 iyul tarixində Bakuplus.az məlumat verir.
Konsertdə Mamagama, ArazOzara, Rufat, Humbatli, Kippyatok, Neegooshka, Probl3mny, Jamma, Riad, Nigar.Panakh, Manel, Lala, Brom, Nika&Iftihar adlı yaradıcı kollektivlər və solo artistlər çıxış edəcəklər.
Biletlərin qiyməti 10 manat təşkil edir.
Bu, “Showtime”-ın altıncı qrup konsertidir.