Bakıda psixoloq və inklüziv təhsil sahəsində çalışan və bu sahə ilə maraqlanan şəxslər üçün təlim keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 3 may tarixində xəbər verir.
13 may tarixində baş tutacaq təlim 2 gün davam edəcək.
Birinci gün:
- Tarix: 13 May 14:00-17:30
- Məkan: Baku Community Space
- Mövzu: Disleksiya, Diqqət Əksikliyi və Hiperaktiv Pozuntu, Davranış pozuntusu, Autizm və Asperger sindromlu uşaqlar və onların yaşadığı təhsil problemləri. İnklüziv təhsildə əməkdaşlıq zənciri.
İkinci gün:
- Tarix: 14 may saat 9:30-12:00
- Məkan: Zoom platforması. Zoom linki bir gün öncədən iştirakçılara göndəriləcək
- Mövzu: Oyun texnikaları, təlim prosesində müşahidə metodları
İştirak etmək üçün
qeydiyyatdan keçmək mütləqdir.
Müraciət üçün son tarix 8 maydır.