Bakının Fəxri Xiyabanında Xalq rəssamı Tahir Salahovun ildönümündə qəbirüstü abidəsi quraşdırılacaq. Bu haqda bu gün, 5 may tarixində APA rəssamın bacısı Zərifə Salahovaya istinadən məlumat verib.
Abidənin müəllifi mərhum rəssamın qızı Alagöz Salahovadır. Hazırda abidə onun rəhbərliyi altında ucaldılır.
Tahir Salahov 2021-ci il mayın 21-də alman klinikaların birində dünyasını dəyişib.