Bakıda toxuculuq üzrə ustad dərsi olacaq. Bu haqda BakuPlus.az bu gün, 4 aprel tarixində xəbər verir.
Master-klas aprelin 9-da saat 13:00-da Heydər Əliyev prospektində yerləşən BMS plazanın 16-cı mərtəbəsində baş tutacaq.
Təlimdə iştirak etmək üçün 20 manat ödəniş etməyiniz kifayətdir.
Master-klasda əsasən evi bəzəyən bir-birindən gözəl səbətlər hazırlanacaq. Qeydiyyatdan keçmək üçün İnstagram səhifəsinin rəy bölməsində “+” yazmaq kifayətdir.
Əlavə məlumat üçün əlaqə nömrəsi: +994 51 561 49 45