Paytaxt ərazisində ev itlərini xaltasız və ağızlıqsız gəzdirmək qanunidirmi? Bu haqda bu gün, 15 aprel tarixində ATV-yə istinadən xəbər verir.
Bakının müxtəlif ərazilərində sakinlər öz itlərini ağızlıq olmadan, bəzi hallarda isə xalta taxmadan belə sərbəst şəkildə gəzdirməkləri müşahidə olunur.
Bu cür hallar istirahət edən digər vətəndaşlar üçün təhlükə yaradırmı və heyvanları nəzarətsiz gəzdirmək qanunidirmi?
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, itlərin xaltasız və ağızlıqsız gəzdirənlər 200 manat, eyni qanuna ikinci dəfə əməl etməyən şəxslər isə 300 manat məbləğində cərimə oluna bilərlər. Əgər it kiməsə xəsarət törədərsə, onun sahibi 1000 manat cərimə oluna bilər.