Paytaxt küçələrində istifadə olunmayan paltarlar üçün xüsusi konteynerlər yerləşdirilib. Bu haqda bu gün, 15 aprel tarixində Bakuplus.az xəbər verir.
Bənövşəyi rəngdə olan qutulara yığılan paltarlar təkrar emal üçün toplanılır. Layihə ətraf mühiti qorumaq məqsədilə həyata keçirilir.
Həmçinin təkrar emal olunmuş paltarlardan daha ucuz maya dəyəri ilə yeni məhsullar istehsal etmək mümkün olacaq.
Bir neçə ay öncə “İDEA” təşkilatı tərəfindən istifadə olunmayan paltarları ehtiyacı olanlara ianə etmək üçün qutuların yerləşdirilməsi barədə xəbər verilmişdir.