Bayram günlərində Bakıdan bölgələrə daşınan sərnişinlərin sayı açıqlanıb. Bu haqda bu gün, 26 mart tarixində Bakuplus.az AzTV-yə istinadən xəbər verir.
Bununla əlaqədar avtobusların sayı 3 dəfə artırılıb. Ən çox Quba, Qusar, Şamaxı İsmayıllı, Qəbələ Oğuz, Şəki, Balakən, Masallı və Lənkərana bilet alınıb.
Bayram günlərinin bitməsi səbəbindən tələbə və istirahətə gedənlər paytaxta geri qayıdırlar.
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat katibi Samir Səfərov bildirib ki, 17-24 mart tarixləri arası 54.165 sərnişin regionlara daşınıb.
Gücləndirilmiş iş rejimi 27 mart tarixinə qədər davam edəcək.