Bakıda “Canlanan Hərflər” adlı kitabın prototipi təqdim olunacaq. Bu haqda BakuPlus.az bu gün, 12 aprel tarixində xəbər verir.
Təqdimat mərasimi 13 aprel, saat 16:00-da Bakı Kitab Mərkəzində baş tutacaq.
Layihənin məqsədi uşaqlara rəmzlər dilini əyləncəli şəkildə öyrətməkdən ibarətdir.
Layihə rəhbəri - mədəniyyət siyasəti və art-menecment üzrə ekspert Cahangir Səlimxanov, üçölçülü əlifba kitabı konsepsiyasının müəllifi Tamilla Abbasovadır.