Bakı Kitab Mərkəzində rəssam Kəmalə Musanın iştirakı ilə oxu saatı keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 5 may tarixində xəbər verir.
Tədbir 6 may tarixində saat 15:00-da uşaqlar üçün keçiriləcək.
Bu tip tədbirlərin keçirilməsində məqsəd uşaqları ədəbiyyatla tanış etmək, kitaba olan maraqlarını artırmaqdan ibarətdir.
Tədbirin ilk qonağı tanınmış rəssam Kəmalə Musa olacaq.
İştirak sərbəstdir.