Bakı Marafonunun keçiriləcəyi tarix açıqlanıb. Bu haqda bu gün, 1 aprel tarixində Bakuplus.az layihəyə istinadən xəbər verir.
Tədbir 15 may 2022-ci ildə keçiriləcək. Marafonun uzunluğu ənənəvi olaraq 21 kilometr təşkil edir. Marşrut Dövlət Bayrağı Meydanından başlayır. Daha sonra Yusif Səfərov küçəsindən Bakı Kristal Zalının arxasına qədər davam edir.
Qeydiyyat 25 mart tarixindən başlayıb və artıq 572 nəfər müraciət edib.