Bakı Metropolitenində relslərə tullanaraq tunel istiqamətində qaçan qızlar TikTok çəkirdilər. Bu haqda bu gün, 28 aprel tarixində Qafqazinfo-ya istinadən xəbər verir.
Yeniyetmələr bacı imiş. Onlar qatar yaxınlaşan zaman, ondan qaçırmış kimi görüntü yaratmaq üçün bu addımı atıblar.
Ötən gün, metropolitenin “20 yanvar” stansiyasında iki qızın relslərin üstünə tullanması səbəbindən qatarların hərəkətində 6 dəqiqə ləngimə olmuşdur.