Paytaxt ərazisində su sayğaclarının yenilənməsi işləri aparılır. Bu haqda bu gün, 28 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hazırda yenilənmə Nəsimi, Nərimanov, Yasamal, Səbail və Xətai rayonlarında təşkil olunur.
"Azərsu" ASC-nin Elektron idarəetmə və müasir texnologiyalar departamentinin rəis müavini Cabbar Cabbarlının sözlərinə görə, Xətai rayonunda 70, Nizami rayonunda isə 80 faiz çoxmənzilli binalara yeni sayğaclar artıq quraşdırılıb.