Bakıda 2 gün ərzində bəzi küçələr qismən bağlı olacaq. Bu haqda 25 mart tarixində Bakuplus.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən məlumat verir.
AAYDA tərəfindən 26-27 mart tarixlərində aşağıda qeyd olunan küçə və prospektlərin müəyyən hissələrində təmir işləri aparılacaq:
- Ziya Bünyadov prospekti ("Santral" mağazasının qarşısı)
- Rəşid Behbudov küçəsi (Mərkəzi Bankın qarşısı)
- Abdülvahab Salamzadə küçəsi ("Qələbə dairəsi"ndən tunelin giriş hissəsinə qədər)
- Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi ("Qurd qapısı"ndan İzzət Nəbiyev küçəsinə qədər olan hissə)
- Tbilisi prospekti yan yol (Pişəvəri küçəsindən "20 Yanvar dairəsi" nə qədər olan hissə)
- "Koroğlu" körpüsünün üstü (Heydər Əliyev prospektindən Mikayıl Əliyev küçəsi istiqamətində).
Təmir işləri ilə əlaqədar həmin ərazilərdə hərəkət qismən məhdudlaşdırıla bilər. Agentlik bayram günlərində paytaxtda nəqliyyat intensivliyinin azalmasından istifadə edərək bu qərara gəlib.