“Teknofest” layihəsi çərçivəsində Bakıda “Flyboard” şousu keçiriləcək. Bu haqda bu gün, 28 mart tarixində Bakuplus.az Teknofest Azərbaycana istinadən xəbər verir.
26 və 29 may tarixlərində suyun üzərində uçan adam şousu nümayiş olunacaq.
Su üzərində 10-15 metrə qalxacaq, Qətər və Dubayda keçirilən çempionatlarda iştirak edən Lindsey Makquinə Dənizkənarı Milli Parkdan baxmaq olacaq.