Bakıda tozun miqdarı normasından artıqdır. Bu haqda 1 aprel tarixində APA məlumat verib.
Bakı şəhərində tozun miqdarının normadan 10 faiz çox olduğu müəyyən edilib. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, bu gün Azərbaycana cənub-qərb istiqamətli hava axınları ilə Afrika səhralarından toz kütlələri daxil olub.
"Lakin aprelin 2-3-də tozun konsentrasiyası daha da artacaq. Toz dumanının qısa müddətdə davam edəcəyi və orta çirklənmə səviyyəsinin müşahidə olunacağı gözlənilir”, - Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova bildirib.
Həmçinin məlumat verilib ki, sinoptik vəziyyətlə əlaqədar ölkədə yüksək çirklənmə səviyyəsi proqnozlaşdırılmır.