Bakı Zooloji Parkında uşaqlar üçün “Təkrar emal” adlı master-klas keçiriləcək. Bu haqda bu gün, 5 avqust tarixində Bakuplus.az məlumat verir.
Tədbir sabah, 6 avqust tarixində saat 15:00-da baş tutacaq.
Dərsin əsas məqsədi nəyin təkrar emala yararlı olduğunu və təkrar emal edilmiş materiallardan hansı əşyaların hazırlana biləcəyini öyrənməkdir. Bu seminar uşaqları evdə təkrar emal olunanları çeşidləməyə təşviq edəcək.
Dərsdə iştirak ödənişsizdir, qeydiyyat tələb olunmur.