Balaca maşınla parkinqə sığmayan sürücü iki yeri zəbt edib. Bu haqda 12 aprel tarixində Avtosfer.az məlumat verib.
Azərbaycan prospektində yerləşən qapalı parkinq ərazisində 99-XP-752 qeydiyyat nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü maşını nəzərdə tutulmuş yerdən kənarda park edib. Bununla da o, iki avtomobilin yerini zəbt edib və nəticədə digər avtomobillərin park edilməsində çətinlik yaranıb.