Binəqədi rayonunda ağacların dibi asfaltlanıb. Bu haqda 6 may tarixində BAKU.WS məlumat verib.
Biləcəri Dəmir Yol Vağzalının yaxınlığında, “Biləcəri bazarı” adı ilə tanınan yerlə üzbəüz ərazidə ağacların dibi asfaltlanıb.
“Artıq əməkdaşlarımıza xəbər verilib. Məsələ nəzarətə götürülüb. Ağacların dibinin təmizlənməsi ilə bağlı aidiyyəti qurumlara tapşırıq veriləcək”, - məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat verib.