Paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsində 1-ci mədən, 30-cu korpus ərazisində magistral su borusunda qəza baş verib. Bu haqda bu gün, 19 avqust tarixində Bakuplus.az “Azərsu” ASC-yə istinadən xəbər verir.
Su sızması evlərdən birinin altında baş veridiyindən, texnika cəlb etmək mümkün olmayıb. Qəza nəticəsində bir neçə fərdi yaşayış evlərini su basıb. Mənzil sahibi evin döşəməsini söküb və qəza yerinə əlçatanlığı təmin edib.
Axıntının qarşısı müvəqqəti olaraq alınıb. Hazırda qəzanın tam aradan qaldırılması üzrə işlər davam etdirilir.
Həmçinin qurum su xətlərinin üzərində ev və obyektlərin inşasının qadağan olduğu barədə vətəndaşlara xəbərdarlıq edib.
[caption id="attachment_59802" align="alignnone" width="800"]
Foto Azərsu ASC-nin rəsmi saytı[/caption]