Bakıda küləyin törətdiyi fəsadlar aylarla aradan qaldırılmır. Bu haqda 30 aprel tarixində BakuPlus.az-a məlumat daxil olub.
Binəqədi rayonu, Xutor qəsəbəsində fevralın 14-də güclü küləyin təsirindən keçmiş “Səma” şadlıq sarayının qəzalı vəziyyətdə olan divarı uçaraq avtomobillərə ziyan vurmuşdur. Hadisə nəticəsində 3 avtomobil əzilərək yararsız hala düşmüşdür. Hadisə zamanı xəsarət alan olmamışdır.
Sakinlərin sözlərinə əsasən, küləyin fəsadları hələ də aradan qaldırılmayıb. Divardan düşən daşlar və ziyan görmüş avtomobillərlə bağlı heç bir tədbir görülməyib.
“Şadlıq sarayının köhnə divarı hələ də qəzalı vəziyyətdə qalıb. Qorxuruq ki, yenə güclü külək olsa, qəza baş verə bilər”, - qəsəbə sakini narahatlığını bildirib.