Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr olunan konsert keçiriləcək. Bu haqda BakuPlus.az bu gün, 7 aprel tarixində Azərtac-a istinadən xəbər verir.
Aprelin 13-ü, saat 15:00-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında “Şopen musiqi axşamı” adlı konsert proqramı baş tutacaq.
Konsertdə Almaniyanın Trossingen Dövlət Universitetinin doktorantı, prezident təqaüdçüsü, Beynəlxalq müsabiqələr laureatı Murad Abbasov çıxış edəcək.