Bu gün paytaxtın 9-cu sinif şagirdləri imtahan verir. Bu haqda BakuPlus.az bu gün, 30 aprel tarixində xəbər verir.
Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı şəhərinin Nəsimi, Nərimanov rayonlarında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilir.
Saat 11:00-da başlanacaq imtahanda 24.864 şagirdin iştirakı nəzərdə tutulur.
İmtahanda 9 nəfər fiziki məhdudiyyətli (gözdən əlil, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək.
İştirak edəcək hər bir məktəbliyə uğurlar arzu edirik.