Qız qalasının işıqları söndürüləcək. Bu haqda bu gün, 26 mart tarixində Bakuplus.az “İçərişəhər” Dövlət qoruğuna istinadən xəbər verir.
Saat 20:30-dan 21:30-a qədər abidəninın işıqlandırılma sistemi dayandırılacaq.
Ümumdünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə hər il martın son şənbə günü dünyada “Yer saatı” ekoloji aksiyası keçirilir. Bununla əlaqədar dünyanın müxtəlif tikililərində xarici işıqlar söndürülərək iqlim dəyişikliyinə və ekoloji fəsadlara diqqət cəlb edilir.
Bundan əlavə, aksiya çərçivəsində Bakının bir çox tanınmış tikililərinin fasad işıqlarının 1 saatlıq söndürülməyi nəzərdə tutulub.