Bu gün, 4 may tarixində uşaqların birinci sinfə qəbul prosesinə start verilir. Bu haqda məlumatı Bakuplus.az Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadən verir.
Nazirlikdən verilən məlumata görə, 2022-2023-cü tədris ili üçün ümumi təhsil müəssisələrinin 1-ci siniflərinə şagird qəbulu saat 11:00-dan başlayacaq.
Təhsil müəssisələrinin 1-ci sinfinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə həyata keçiriləcək. Qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində başa çatacaq.