Bakıda şəhid, qazi ailələri və sosial həssas qrupa aid şəxslərin övladları üçün ödənişsiz ali məktəb hazırlıq kursları təşkil edilir. Bu haqda BakuPlus.az bu gün, 11 aprel tarixində xəbər verir.
Kurslar qeyd olunan şəxslərin 8-ci sinifdə oxuyan övladları üçün nəzərdə tutulub.
"Fortis Academy"-nin təşkil etdiyi ödənişsiz kurslarda iştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir.