Bakı Bulvarında Qazaxıstanın milli alaçığı qurulub. Bu haqda bu gün, 1 avqust tarixində Bakuplus.az Qazaxıstanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir.
Azərbaycan və Qazaxıstan arasında olan diplomatik münasibətlərin 30-cu ildönümü çərçivəsində Bakı Dəniz Vağzalı yaxınlığında köçərilərin yaşayış məskəni stilində alaçıq qurulub.
Burada “Welcome to KZ” turizm məlumat mərkəzi fəaliyyət göstərəcək və müxtəlif sərgilər təşkil olunacaq. Tədbir 31 avqust tarixinə qədər davam edəcək.
[caption id="attachment_54783" align="alignnone" width="800"]
Foto Qazaxıstan Səfirliyinin Facebook səhifəsi[/caption]