“Doctor Strange” bu həftə nümayiş olunmaya bilər. Bu haqda bu gün, 4 may tarixində Bakuplus.az “CinemaPlus”-a istinadən xəbər verir.
Disney, MDB ölkələrinin rəsmi distribütor olan studiyasını dəyişmək qərarına gəlib. Bu səbəbdən də kinoteatrlar filmin nümayişi üçün yeni studiyaya müraciət etməlidirlər.
“Hazırda biz yeni distribütordan kontent gözləyirik. Qeyd edək ki, filmin nümayişi bu həftənin sonuna planlaşdırılır”, - deyə qurumdan bildirilib.