Bakı Slavyan Universitetində kafedra müdiri, dosent və baş müəllim vəzifələrinə vakansiya elan edilib. Bu haqda BakuPlus.az Qafqazinfo-ya istinadən bu gün, 6 may tarixində xəbər verir.
Təhsil Nazirliyi sözügedən təhsil ocağına 9 kafedrada müdir vəzifəsi üçün də müsabiqə elan edib.
Bunlar, Slavyan filologiyası, Azərbaycan tarixi və ictimai elmlər, Xarici dillər, Türkologiya, Rus dili və onun tədrisi metodikası, Riyaziyyat və informatika, Pedaqogika və psixologiya, Azərbaycan ədəbiyyatı və Müasir Azərbaycan dili kafedralarıdır.
Kafedralar üzrə dosent vəzifəsi üçün 9, baş müəllim vəzifəsi üçün isə 24 mütəxəssisə ehtiyac duyulur.