Bakıda şəhid anasına vəzifə verilib. Bu haqda BakuPlus.az Oxu.az-a istinadən bu gün, 12 aprel tarixində xəbər verir.
Vətən müharibəsi şəhidi Əlihüseyn Məmmədovun anası Arzu Məmmədova Bakı şəhəri 226 nömrəli tam orta məktəbin direktoru təyin olunub.
Arzu Məmmədova 1996-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai təhsilin pedaqogikası və metodikası ixtisasını bitirib.
İlk pedaqoji fəaliyyətinə Bakı şəhəri 220 nömrəli məktəb-liseydə ibtidai sinif müəllimi kimi başlayıb. 2010-cu ildə tərbiyə işləri üzrə direktor müavini, 2019-cu ildən isə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.