Müdafiə Nazirliyi əsgərlər üçün kitab toplayır. Bu haqda 7 may tarixində Bakuplus.az Nazirliyinə istinadən məlumat verir.
Azərbaycan Müdafiə Nazirliyi "Əsgərin kitab rəfi" adlı kitab toplama aksiyasına başlayıb. Aksiya əsgərlərin asudə vaxtlarının səmərəli keçirilməsi və mütaliyəyə marağının artırılması məqsədilə keçirilir. Toplanan kitablar işğaldan azad edilmiş ərazilərdə xidmət edən əsgərlərə çatdırılacaq.
Sakinlər elmi, bədii, publisistik və digər janrlarda kitabları əsgərlərə hədiyyə etmək üçün həftənin bazar ertəsi - cümə günləri saat 9:00-dan 17:00-dək Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsi, 144 ünvanında yerləşən Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatına müraciət edə bilərlər. Aksiya sentyabrın 1-dək davam edəcək.