Bakıda 210 km/saat sürətlə avtomobili idarə edən şəxs barəsində araşdırma başlanıb. Bu haqda BakuPlus.az Oxu.az-a istinadən bu gün, 29 mart tarixində xəbər verir.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, aeroport şosesində “Mercedes” markalı avtomobillə ziqzaqvari hərəkətlər edərək digər maşınlar üçün də təhlükə yaradan və sosial şəbəkələrdə görüntüləri yayılan şəxs barəsində araşdırma aparılır.
Araşdırmanın nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək.