Bakı Metropolitenində iki gənc qız relslərə düşərək tunel istiqamətində qaçıb. Bu haqda bu gün, 27 aprel tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə “20 yanvar” stansiyasında qeydə alınıb. Hər iki sərnişin müşayiət altında relslərdən çıxarılıb. Xəsarət alan olmayıb.
Qatarların hərəkətində 6 dəqiqə ləngimə yaranıb.
16:50 - Yenilənmə:
Oxu.az-ın verdiyi məlumata görə, qatar relslərinə düşən qızlar məktəbli olublar.