Bakı Metropoliteninin “8 noyabr” stansiyasında liftlərin işlək olmaması barədə qurum açıqlama verib. Bu haqda bu gün, 26 aprel tarixində Oxu.az-a istinadən xəbər verir.
Qurumdan bildirilir ki, liftlər işlək vəziyyətdədir, lakin onlardan istifadə etmək üçün öncədən SMS və ya mobil tədbiq vasitəsilə sifariş etmək lazımdır. Liftlərin bu cür istifadə olunması “Əlçatan Metro layihəsi” çərçivəsində aparılır.
Bir müddət öncə, vətəndaşlar bir il öncə istifadəyə verilən stansiyada liftlərin işləmədiyini bildirmişdir.