top
“Meyvəyə dəymə” deyən molla Namiq Qaraçuxurlunun aktyor qardaşı imiş - FOTO
03 aprel 2025, 04:32
- ↺ +

“Meyvəyə dəymə” deyən "molla" Namiq Qaraçuxurlunun aktyor qardaşı imiş - FOTO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Mən aktyor sənətinin təhsilini almamışam. Amma uşaqlıqdan, məktəb vaxtlarımdan bu sənətə həvəsim olub. Sənədlərimi universitetə vermək istədim, amma Birinci Qarabağ müharibəsi başladı. Ona görə də hərbi xidmətə gedəsi oldum. Düşünürdüm ki, vətənin çətin günündə mən yalnız onu qorumalıyam, sənətlə məşğul ola bilmərəm. Hərbidən qayıdandan sonra heç bir həvəs qalmadı. Əlbəyaxa döyüş növü üzrə müəllim işlədim. İdmanla məşğul idim”.

Bunu medianews.az-a açıqlamasında aktyor Anar Şükürov deyib.

O daha sonra bu sənətə təsadüfən gəldiyini bildirib:

“Aktyor olmazdan öncə şəxsi biznesimlə məşğul olurdum. 2017-ci ildə aktyor Cövdət Şükürov, rejissor Anar Əliyevin dəstəyi ilə Atv-də yayımlanan “Ögey ana” serialında çəkildim. Daha sonra “Təhminə və Zaur”, “Könül yarası” seriallarında rol aldım. Emil Quliyevin “Sonuncu Pərdə” filmindəki molla obrazı ilə məşhurlaşdım. Orada işlətdiyim “meyvəyə dəymə” ifadəsi bütün sosial şəbəkələrdə yayıldı. Bundan sonra bir sıra serial və filmlərə, “Komedixana”ya dəvət aldım. Mənə bu sahədə dəstək olan insanların hər birinə təşəkkür edirəm. Gec də olsa arzularım həyata keçməyə başladı. Bir çoxları deyirdi ki, bu sənətin təhsilini də al. Əlbəttə ki, vaxtında istərdim, amma artıq yaşım o yaş deyil. Bu yaşımda əlbəttə ki, parta arxasında otura bilmərəm. Böyük sənətkarlarla tərəf müqabili oluram, onlardan çox şey öyrənirəm. Hətta efir vasitəsilə də izlədiyim aktyorlardan çox şey götürürəm. Həm dram, həm də komik rollarda çəkilirəm. Hər ikisi məndə yaxşı alınır”.

Anar Şükürov bildirib ki, o meyxanaçı-müğənni Namiq Qaraçuxurlunun doğma qardaşıdır. Lakin heç vaxt onun adından istifadə etməyib:

“Namiq mənim təkcə qardaşım deyil, həm də fəxrimdir. Məndən 3 yaş kiçik olsa da başımın tacıdır. Elə bilmişəm ki, mən kiminsə yanında desəm ki, Namiq Qaraçuxurlunun qardaşıyam, o fikirləşər ki, mən yekəxanalıq edirəm, adından istifadə edirəm. Mən onları bacaran insan deyiləm. İndiyə qədər də Namiqin adını çəkməməyim sırf bununla bağlıdır. Adamlar var ki, bir balaca işıq üzü görünən kimi o dəqiqə yararlanırlar. Bu adamlara fürsətcil insan deyirlər. Namiqin qardaşı olmağımı efirdə Mətanət Əliverdiyeva və Elcan Rəsulov deyiblər”.

Anar Şükürov deyir ki, qardaşı ilə çox gözəl münasibəti var. Hətta ilk debütünü onun klipində edib:

“Namiqlə bizim çox yaxşı münasibətimiz var. Onun prodüseri mənim oğlum İlkindir. İşlərimizlə əlaqədar olaraq tez-tez görüşə bilməsək də, danışırıq da, vaxtaşırı görüşürük də. Bəlkə də hansısa seriala yaxud filmə məni Namiqə görə çağırıblar. Amma mən bunu bilməmişəm. Birinci dəfə Namiqin “Papanın gül balası” klipində çəkilmişəm. Elə ilk dəstəyi də mənə Namiq göstərib. Hətta oğlum da həmin klipdə rol alıb. O vaxt “Ay Zaur” verilişində bir neçə dəfə Namiqlə birlikdə çıxış etmişəm. Bir yerdə görünməyimiz qətiyyən problem deyil. İlk dəfə seriala çəkiləndə də Namiqdən məsləhət almışam. Mənə deyib ki, bacarırsansa çəkil, bacarmırsansa bu sənətlə məşğul olma. Sonra özü də baxıb, deyib ki, əladır, davamı gəlsin. O mənə desəydi ki, çəkilmə, o dəqiqə imtina edərdim. Namiq 100 ölçüb, bir biçən insandır. Heç vaxt anında nəyisə deməz, düşünüb-daşınar, sonra deyər”.

Son xəbərlər

Xəbər
Bu gün, 00:01

29 oktyabr 2020-ci il: Vətən müharibəsinin 33-cü günü

Xəbər
Dünən, 17:10

Bakı Şəhər Statistika İdarəsinin rəisi vəzifəsindən azad edilib

Xəbər
Dünən, 16:31

Məmurlar hansı hallarda vəzifədən getməli olacaqlar?

Xəbər
Dünən, 15:43

Azərbaycanda nikahların sayı azalır

Siyasət
Dünən, 15:13

Ramiz Mehdiyev AMEA üzvlüyündən çıxarılıb

Xəbər
Dünən, 13:07

Azərbaycanda kişilərin və qadınların orta boyu və çəkisi açıqlanıb

Xəbər
Dünən, 10:55

Yasamalda məktəbdə faciə: 7-ci sinif şagirdinin ölümünün təfərrüatı

Siyasət
Dünən, 10:53

Prezident: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində ardıcıl tədbirlər həyata keçirilir"

Xəbər
Dünən, 10:13

Xırdalan dairəsində avtomobil açıq lüka düşüb - VİDEO

Xəbər
Dünən, 00:05

Ermənistanın Bərdədə törətdiyi növbəti terror hadisəsindən 6 il ötür

Xəbər
Dünən, 00:01

28 oktyabr 2020-ci il: Vətən müharibəsinin 32-ci günü

Siyasət
27 oktyabr 2026, 21:00

Mehdiyev dövlət təltiflərini də itirəcək

Siyasət
27 oktyabr 2026, 20:43

Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu

Xəbər
27 oktyabr 2026, 17:28

Hökumət üzvlərinin noyabrda keçiriləcək vətəndaş qəbulu cədvəli açıqlanıb

Xəbər
27 oktyabr 2026, 17:26

Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb

Siyasət
27 oktyabr 2026, 17:17

Leyla Əliyeva Şeyxa Əl Nuveysi ilə görüşüb

Xəbər
27 oktyabr 2026, 16:55

Bakıda kişi paltaryuyan maşının səsinə görə arvadını döydü

Xəbər
27 oktyabr 2026, 16:33

Azərbaycanda ötən il uşaqlara ən çox hansı adlar qoyulub?

Aktual Xəbərlər
27 oktyabr 2026, 15:21

"Hakimlərin Etik Davranış Kodeksi" yeni redaksiyada qəbul edilib

Xəbər
27 oktyabr 2026, 14:37

Model Razi Əliyevanı döyən iş adamına 9 il 6 ay HƏBS

Xəbər
27 oktyabr 2026, 13:37

Azərbaycanda icra başçısı cərimələndi

Siyasət
27 oktyabr 2026, 13:17

Penitensiar xidmətə yeni rəis təyin edildi

Xəbər
27 oktyabr 2026, 11:47

Anasını yandıran oğulun bacısı: "Atam bizi təhsil almağa qoymurdu"

Xəbər
27 oktyabr 2026, 11:23

Kişi telefonuna baxmaq istəyən sevgilisini döydü

Oxşar xəbərlər