Təmirlə əlaqədar Azərbaycan Milli Xalça Muzeyinin ekspozisiyasının üçüncü mərtəbəsi müvəqqəti olaraq ziyarətçilər üçün bağlıdır. Bu haqda bu gün, 3 avqust tarixində muzeyin mətbuat xidməti məlumat verib.
Muzeyin birinci və ikinci mərtəbələri, eləcə də zərgərlik fondu ziyarətçilərin xidmətindədir.
Muzeyin rəgbərliyi yaranmış müvəqqəti narahatlığa görə üzr istəyir.