top
Əmircandakı 132 yaşlı binanın taleyi necə olacaq?
29 aprel 2022, 03:50
- ↺ +

Əmircandakı 132 yaşlı binanın taleyi necə olacaq?

Bakının Suraxanı rayonunda 132 yaşlı bina qəzalı vəziyyətdədir. Bu haqda BakuPlus.az Real Tv-yə istinadən bu gün, 29 aprel tarixində xəbər verir.

Rayonun Zahid Əliyev küçəsində yerləşən 2 mərtəbəli yaşayış binası artıq uzun illərdir ki, qəzalı vəziyyətdədir.

1890-cı ildə Nobel qardaşlarının anbarı kimi inşa olunan bina sonradan yaşayış üçün həmin anbarda işləyən şəxslərə verilib. Bir əsrdən çox yaşı olan binanın sakinləri burada qorxu içində yaşayırlar. Onların sözlərinə görə, bir balaca külək əsən kimi bina da küləklə birlikdə əsir.

Pilləkənlərin kənarına dəmir parçası quraşdırılsa da, qəzalı vəziyyətin qarşısı alınmayıb. 2-ci mərtəbədə pilləkənlərin açıq dəhlizlərinə preslənmiş qaba yonqarlardan hazırlanan materialdan üzlük vurulsa da, problem bununla həllini tapmayıb. İstismar müddətini bitirmiş taxta konstruksiya üzərinə bərkidilən üzlüklər yağış sularından islandığından, qısa müddətdə onlar da sıradan çıxıb.

Sadalanan problemlərdən əlavə, yaxınlıqda tullantı sularının axıdıldığı göl və zibillikdən ətrafa yayılan qoxu yayda daha da dözülməz olur. Burada olan antisanitariya əlindən nəfəs almaq olmur.

Sakinlərin problemi ilə əlaqədar Suraxanı RİH-in Təsərrüfat şöbəsinin müdiri Mehman Hüseynov bildirdi ki, vətəndaşların köçürülməsi üçün qurum tərəfindən mərkəzi icra orqanlarına müraciət edilib.

“Hər hansı bir qərar qəbul olunarsa, vətəndaşların həmin binadan köçürülməsi işləri tərəfimizdən görüləcək və bina söküləcək”.

Suraxanı rayonu, Əmircan bələdiyyəsi isə binanın arxa tərəfinə atılan tullantılar barədə qeyd edib ki, bunula bağlı tədbir görüləcək və tullantılar ərazidən götürüləcək.

Son xəbərlər

Xəbər
Bu gün, 14:20

DİN: Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Xəbər
Bu gün, 13:20

2 nəfər xilas edildi, 1 nəfərin meyiti tapıldı

Xəbər
Bu gün, 12:33

Ötən gün 63 cinayətin açılması təmin olunub

Xəbər
Bu gün, 12:10

Ərzaq köşkündə yanğın: ölən var - YENİLƏNİB

Xəbər
Bu gün, 10:33

Müəllimin işdən çıxma ərizəsi sosial şəbəkədə gündəm oldu, məktəbdən cavab gəldi - FOTO

Xəbər
Bu gün, 10:00

Şəhid xanımı: "Altı ildir kirayədə yaşayıram, hər ay ödənişi etmək çətindir"

Xəbər
Bu gün, 00:15

3 oktyabr 2020: Vətən Müharibəsinin yeddinci günü

Xəbər
Bu gün, 00:01

Suqovuşanın azad edilməsindən 6 il keçir

Xəbər
Dünən, 18:00

Hərbçimiz Ermənistanda həbs edildi

Xəbər
Dünən, 17:05

Avstraliya universitetinin magistrantı olan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi

Xəbər
Dünən, 16:03

Prezidentdən Misir Mərdanovla bağlı sərəncam

Xəbər
Dünən, 15:15

Bakıda təcili tibbi yardım stansiyasının həyətində ÖLÜM

Xəbər
Dünən, 14:16

FHN-in 7 idarəsi şöbəyə çevrildi, 2-si ləğv edildi

Xəbər
Dünən, 14:01

Şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı YAYILDI - Polisdən CAVAB

Xəbər
Dünən, 13:30

Həbsindən öncə çimərlikdə avtomat və güllələr basdırıbmış

Xəbər
Dünən, 12:51

Sabah intensiv yağış yağacaq

Xəbər
Dünən, 12:13

Halı pisləşdi, pilləkəndən yıxılıb öldü

Xəbər
Dünən, 11:50

"Bütün günahları əvvəlki Ermənistan rəhbərliyinin üstünə yıxmaq da olmaz" - İlham Əliyev

Xəbər
Dünən, 11:15

Ötən gün 61 cinayətin açılması təmin olunub

Xəbər
Dünən, 10:22

30 il sonra azad olmaq istəyirdi – məhkəmə RƏDD ETDİ

Xəbər
Dünən, 09:51

Yasamal və Qaradağda işıq olmayacaq

Xəbər
Dünən, 00:15

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Xəbər
01 oktyabr 2026, 18:00

"Qızıl Saray"da yararsız ətlər tapıldı

Xəbər
01 oktyabr 2026, 17:02

Tbilisiyə hər gün 4 reys olacaq - Biletlər 36 manatdan başlayır...

Oxşar xəbərlər