Bakıda Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimova həsr olunan “Poladın izi ilə” filminin təqdimat mərasimi keçirilib. Bu haqda BakuPlus.az Report-a istinadən bu gün, 5 may tarixində xəbər verir.
Tədbir Nizami Kino Mərkəzində mədəniyyət nazirinin müavini Elnur Əliyev, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, ictimaiyyət nümayəndələri, şəhid generalın ailə üzvləri, döyüş yoldaşları və dostlarının iştirakı ilə baş tutub.
Rejissoru və ssenari müəllifi Zamin Məmmədov olan ekran əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə "Salnaməfilm” studiyasında istehsal olunub.